Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.12.2025 17:48

Gəncənin içməli su təchizatı yaxşılaşdırılır

Gəncə şəhərində içməli su və tullantı su təchizatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr icra olunur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bildirib ki, işlər beynəlxalq layihələr və dövlət büdcəsi hesabına davam etdirilir. Şəhərin içməli su təchizatı Şəmkirçay su anbarı, Göygöl yaxınlığındakı bulaqlar və Qızılqaya su mənbələri hesabına təmin edilir. Gəncə Sukanal İdarəsi isə şəhərdə içməli və tullantı su xidmətlərini həyata keçirərək 74 min abonentə xidmət göstərir.