Bu günə xəbərlərin oxunma sayı: 666
—
22.12.2025 17:47
Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bakının Nərimanov rayonunda yerləşən tibb müəssisələrinin birində oğurluq hadisəsi baş verib. Belə ki, bank kartından 180 manatlıq alış-veriş etməkdə, həmçinin içərisində 300 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş İ.Kərimov müəyyən edilərək saxlanılıb. Onun bir qadına məxsus içərisində 1500 manat, sənəd və bank kartları olan çantasını oğurlaması da məlum olub.
Paytaxtın Nəsimi rayonunda avtomobi sahibi marketə daxil olmaq üçün nəqliyyat vasitəsini saxlayıb, qayıtdıqda isə onun orada olmadığını görüb. Əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb, avtomobil sahibinə geri qaytarılıb.
Faktlarla bağlı araşdırma aparılır.
- Baxış: 30
