Bu günə xəbərlərin oxunma sayı: 666
—
22.12.2025 15:53
Azad edilən ərazilərdə daha 191 mina, 525 PHS aşkarlanıb
ANAMA məlumat verir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 145 piyada əleyhinə mina, 46 tank əleyhinə mina, 525 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1299 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
- Baxış: 27
