Bu günə xəbərlərin oxunma sayı: 666
—
22.12.2025 15:51
Bakıda Azərbaycan -Türkiyə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçirilir
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi ölkələrin inkişaf templərinə uyğun deyil. Bunu Baş nazir Əli Əsədov bunu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında deyib. O bildirib ki, 2025-ci ilin 11 ayında ticarət dövriyyəsi 7,5 faiz azalaraq 5,2 milyard dollar təşkil edib. Baş nazir mövcud potensial və istifadə olunmamış imkanlar fonunda ticarətin artırılmasının strateji əhəmiyyət daşıdığını vurğulayıb və Preferensial Ticarət Sazişinin genişləndirilməsinin vacibliyini qeyd edib. Əli Əsədov bildirib ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yeni Fəaliyyət Planı təsdiqlənəcək.
- Baxış: 35
