Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.12.2025 13:46

Azərbaycanda aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, 2025-ci il dekabrın 30-u tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.