Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.12.2025 10:10

Prezident İlham Əliyevin Sankt-Peterburqdakı toplantılarda iştirak etməməsinin səbəbləri açıqlanıb

Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyib. Dövlətimizin başçısı bu gün MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə isə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək. Bu barədə Prezident Administrasiyasından bildirilib. Qeyd olunub ki, Azərbaycan MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi iştirak edir və qurum çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət verir.