Bu günə xəbərlərin oxunma sayı: 666
— 18.12.2025 15:27

"Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilib

Azərbaycan Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Dəyişikliyə görə, Çevik Hərəkət Qüvvələri hərbi hissəsinin döyüş bayrağında “Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri” və müvafiq hərbi hissənin nömrəsini əks etdirən yazı yer alacaq.