Bu günə xəbərlərin oxunma sayı: 666
— 18.12.2025 15:26

Bakıda narkokuryer tutulub

Polisin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti əməliyyat zamanı 36 yaşlı Emin Mirzəyev narkokuryerlikdə şübhəli bilinərək saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan ümumilikdə 11 kiloqrama yaxın marixuana, psixotrop maddə metamfetamin və iki ədəd elektron tərəzi aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini və paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.