Bu günə xəbərlərin oxunma sayı: 666
—
16.12.2025 15:46
Həştərxanın dəstəyi ilə tikilən uşaq bağçası gələn il açılacaq
Rusiyanın Həştərxan vilayətinin hədiyyəsi olaraq Azərbaycanın Qubadlı rayonunun Mahruzlu kəndində 80 yerlik uşaq bağçasının tikintisi növbəti ilin yazında başa çatacaq. Bu barədə vilayətin qubernatoru İqor Babuşkin bu gün Bakıda Azərbaycanın Baş naziri Əli Əsədovla görüşünün nəticələrinə dair sosial şəbəkələrdəki səhifəsində yazıb. Qubernator Azərbaycana səfəri çərçivəsində uşaq bağçasının tikintisi ilə tanış olub. Müəssisə rusiyalı yazıçı Pyotr Yerşovun adını daşıyacaq.
- Baxış: 62
