Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.12.2025 15:46

Bərdə heyvan satışı bazarının fəaliyyəti bərpa edilib

Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarının fəaliyyəti bərpa edilib. AQTA-nın məlumatına görə, bazarda baytarlıq nəzarəti məntəqəsi yaradılıb, dezbaryer quraşdırılıb və zəruri abadlıq işləri görülüb. Bildirilib ki, Göygöl, Göyçay və Salyan rayonlarındakı heyvan bazarlarının da yaxın günlərdə yenidən açılması məsələsinə baxılacaq. Qeyd edək ki, epizootoloji təhlükəsizlik məqsədilə ölkə üzrə heyvan bazarlarının fəaliyyəti oktyabrın 25-dən müvəqqəti dayandırılmışdı.