Bu günə xəbərlərin oxunma sayı: 666
—
15.12.2025 15:57
Məhkuma telefon ötürülməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən aparılmış əməliyyat-axtarışla cəzaçəkmə müəssisəsinə məhkumla qısamüddətli görüşə gəlmiş həyat yoldaşının üzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əl çantasında gizlədilmiş 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq müəssisəyə keçirilməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırırıq
- Baxış: 57
