Bu günə xəbərlərin oxunma sayı: 666
—
12.12.2025 13:28
Lökbatandakı yanğında tüstüdən zəhərlənmiş daha bir nəfər ölüb
Lökbatanda çoxmərtəbəli yaşayış binasında yanğın zamanı tüstüdən zəhərlənmiş daha bir nəfər ölüb. Təbərrük İsmayılova dekabrın 10-da müalicə aldığı xəstəxanada həyatını itirib. Bununla da hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Qeyd edək ki, yanğın dekabrın 5-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib.
- Baxış: 21
