Bu günə xəbərlərin oxunma sayı: 666
—
12.12.2025 12:38
Əli Əsədov Türkmənistanın neytrallığının 30-illiyinə həsr edilən forumda çıxış edib
Azərbaycan Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin yaradılması ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirir. Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Aşqabadda Türkmənistanın neytrallığının 30-illiyinə həsr edilən "Beynəlxalq sülh və təhlükəsizlik" forumunda çıxışı zamanı deyib. Baş nazir qeyd edib ki, Universitetin işində fəal iştirak etməyə hazırdır. Əli Əsədov həmçinin bildirib ki, Xəzər dənizi üzərindən keçən nəqliyyat arteriyaları region ölkələrinin maraqlarını əhatə edir və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün yeni perspektivlər açır. Baş nazir vurğulayıb ki, Xəzərin sülh və sabitlik zonası kimi qorunması biznes, turizm və mədəni əlaqələrin inkişafına imkan yaradır.
- Baxış: 26
