Bu günə xəbərlərin oxunma sayı: 666
—
12.12.2025 12:36
Xocavəndin elektrik şəbəkəsi yenilənir
"Azərişıq" ASC doğma yurda köç edən sakinlərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə Xocavənd rayonunun elektrik şəbəkəsini yeniləyir. Yenidənqurma işləri çərçivəsində Zoğalbulaq qəsəbəsində və şəhər ərazisində yeni yarımstansiyalar tikilib. Hadrut, Qırmızı Bazar qəsəbələrinə, eləcə də Sos kəndinə köçürülən ailələr üçün elektrik şəbəkəsi yenilənib, hava xətlərində, mövcud transformator məntəqələrində təmir-bərpa işləri aparılıb, smart sayğaclar quraşdırılıb. Hazırda şəhər ərazisi ilə yanaşı Çörəkli, Güneyxırman, Qarakənd, Quzeyxırman, Xanoba kəndlərində təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.
- Baxış: 23
