Bu günə xəbərlərin oxunma sayı: 666
—
11.12.2025 15:49
Macarıstan prezidenti Ceyhun Bayramovu qəbul edib
Macarıstan Prezidenti Tamaş Şuyok Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib. Görüşdə ikitərəfli əməkdaşlığın dinamik gündəliyi, son illərdə əldə olunan irəliləyişlər və gələcək perspektivlər müzakirə olunub. Görüşdə postmünaqişə dövründə regiondakı vəziyyət, Ermənistanla normallaşma prosesi və Azərbaycanın azad edilmiş ərazilərində bərpa işləri də diqqət mərkəzində olub. Həmçinin regional və çoxtərəfli platformalarda əməkdaşlığın gücləndirilməsinə dair qarşılıqlı öhdəlik bir daha təsdiqlənib.
- Baxış: 35
