Bu günə xəbərlərin oxunma sayı: 666
—
11.12.2025 15:48
Gəncədə əmək yarmarkası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən Gəncə şəhərində növbəti əmək yarmarkası təşkil edilib. Gəncə-Daşkəsən Regional Məşğulluq filialının təşkilatçılığı ilə baş tutan tədbir Gəncə Dövlət Milli Dram Teatrında keçirilib. Əmək yarmarkasında 34 müəssisə iştirak edib və 300-dən çox vakansiya təqdim olunub. Yarmarkada vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər üçün göndərişlər hazırlanıb.
- Baxış: 28
