Bu günə xəbərlərin oxunma sayı: 666
—
11.12.2025 15:35
Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradılır
Özəl məhkəmə ekspertizası institutunun tətbiqinə başlanılacaq. Bu Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyada əksini tapıb. Konsepsiya əsasən, özəl məhkəmə ekspertizası institutunun səmərəli fəaliyyəti nəticəsində məhkəmə ekspertizası sahəsində alternativlik təmin ediləcək. Özəl məhkəmə ekspertizası institutunun fəaliyyət dairəsi genişlənəcək. Bununla da məhkəmə ekspertizası xidmətlərinə əlçatanlıq artacaq, rəqabətli mühit şəraitində ekspertiza sahəsinin inkişafına nail olunacaq.
- Baxış: 37
