Bu günə xəbərlərin oxunma sayı: 666
—
11.12.2025 15:32
I Qarabağ müharibəsində itkin düşən şəxslərdən 500-nün qalıqları aşkarlanıb
Bu il Qarabağda insana aid 50-yə yaxın skelet qalıqları aşkarlanaraq ailələrinə təhvil verilib. Bu barədə AMEA Arxeologiya və Antropologiya İnstitutunun məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev məlumat verib. Ölkə üzrə ümumilikdə təxminən 4 min itkin şəxs var və onların 500-ə yaxınının qalıqları aşkarlanaraq laboratoriyaya göndərilib. İl ərzində Kəlbəcər, Ağdərə, Xocavənd, Qubadlı, Zəngilan, Ağdam da daxil olmaqla bir sıra ərazilərdə tədqiqatlar aparılıb, Tərtər, Beyləqan, Gəncə və Bakının Şəhidlər xiyabanında naməlum qəbirlərdən DNT nümunələri götürülüb. DNT uyğunluğu təsdiqlənən qalıqlar ekshumasiya edilərək ailələrinə təhvil verilib. 2025-ci il üçün tədqiqatlar yekunlaşıb, araşdırmalar 2026-cı ildə də davam etdiriləcək.
- Baxış: 31
