Bu günə xəbərlərin oxunma sayı: 666
— 11.12.2025 15:31

Bakıda 8 şagirdin saqqızdan zəhərləndiyi ehtimal olunur

Bakıda orta məktəbin 8 şagirdinin saqqızdan zəhərləndiyi ehtimal olunur. Şagirdlərdə naməlum səbəbdən ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib. Məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss etməyə başlayıblar.