Bu günə xəbərlərin oxunma sayı: 666
— 10.12.2025 15:48

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycan və Özbəkistan Müdafiə Nazirlikləri 2026-cı il üzrə hərbi əməkdaşlıq planını imzalayıb. Müdafiə naziri Zakir Həsənov Bakıya səfər edən Özbəkistan nümayəndə heyəti ilə görüşərək hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığı müzakirə edib. Qonaqlar həmçinin Azərbaycan Ordusunun Baş Qərargahında fəaliyyətlə tanış olublar.