Bu günə xəbərlərin oxunma sayı: 666
—
10.12.2025 15:46
Gəncədə şagirdlərin zəhərləndiyi dönərxana bağlandı
Gəncədə dönərdən zəhərlənmə hadisəsi ilə bağlı “Nur” dönərxanasının fəaliyyəti məhdudlaşdırılıb. Qida Təhlükəsizliyi Agentliyi obyektə baxış keçirilib, nümunələr götürülərək laboratoriyaya göndərilib və araşdırmalar davam edir. Xatırladaq ki, M.Ş.Vazeh adına 16 nömrəli məktəbin 8 şagirdi yedikləri dönərdən zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi. Tibbi müdaxilədən sonra onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və evə buraxılıblar.
- Baxış: 34
