Bu günə xəbərlərin oxunma sayı: 666
— 10.12.2025 15:45

Anasının bank kartından oğurluq edib həyat yoldaşına göndərən şəxs saxlanılıb

Sumqayıt sakininin bank kartından naməlum şəraitdə 4244 manat oğurlanıb. Kibermüdaxilə izinə rast gəlinmədiyi üçün şübhələr zərərçəkənin ailə üzvlərinə yönəlib. Polis əməkdaşlarının tədbirləri nəticəsində qadının oğlu X.Əhmədov şübhəli şəxs qismində saxlanılıb. Məlum olub ki, o, 4 ay ərzində anasının telefonundan gizli şəkildə mobil bank tətbiqinə daxil olaraq pulu özünün və həyat yoldaşının kartlarına köçürüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.