Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.12.2025 15:45

İlham Əliyev Slovakiyada yüksək səviyyəli görüşlər keçirib

Bratislavada Prezident İlham Əliyev və Slovakiya Milli Şurasının sədri Rixard Raşi arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib. Görüşdə Slovakiya tərəfi Azərbaycan–Ermənistan sülh prosesində irəliləyişlə bağlı Prezident İlham Əliyevi təbrik edib. Tərəflər parlament diplomatiyası, enerji, müdafiə sənayesi, humanitar və idman sahələri, eləcə də turizm və birbaşa aviareyslər üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin bərpasında iştirakı dostluq nümunəsi kimi qiymətləndirilib.