Bu günə xəbərlərin oxunma sayı: 666
—
08.12.2025 15:41
1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçib
Dövlət İmtahan Mərkəzi taksi minik avtomobili sürücüləri üçün dekabrın 9-da növbəti imtahan keçirəcək. Imtahanda iştirak etmək üçün 1704 nəfər qeydiyyatdan keçib. İmtahan DİM-in elektron imtahanlar korpusunda, DİM-in Bərdə Regional Bölməsində və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək. Imtahan 1 saat davam edir.
- Baxış: 38
