Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.12.2025 15:40

Şöbə müdiri: Hazırda TƏBİB-in xəstəxanalarında 4 mindən çox hemodializ xəstəsi var

Hazırda TƏBİB tabeli tibb müəssisələrində 4 mindən çox hemodializ xəstəsi var.Bunu TƏBİB-in Dövlət proqramları şöbəsinin müdiri Səkinə Qurbanova "Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar" mövzusunda təşkil olunan təlimdə deyib. Onun sözlərinə görə, hazırda 47 TƏBİB tabeli tibb müəssisəsində dövlət proqramı əsasında hemodializ aparılır. Həmçinin, 2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramının yeni dövlət proqramı təsdiqlənənədək maliyyələşdirilməsi davam etdiriləcək.