Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.12.2025 15:44
Azad edilmiş ərazilərdə elektron kadastr sisteminin tətbiqi istiqamətində intensiv iş aparılır
Elektron kadastr sisteminin tətbiqi istiqamətində hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində işlər intensiv şəkildə davam etdirilir. Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin baş mühəndisi Çingiz Tanrıverdiyev Türk Dövlətləri Təşkilatının Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısında deyib. Onun sözlərinə görə, layihənin 2026-cı ilədək tamamlanması planlaşdırılır. Azərbaycanda veb əsaslı Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sisteminin yaradılması nəzərdə tutulub.
- Baxış: 21
