Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.12.2025 14:05

Ölkə ərazisində narkotik satışı ilə bağlı əməliyyatlar aparılıb

DSX-nin "Göytəpə" sərhəd ərazisində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21 kiloqram 745 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Tərtər polisi isə narkotikin satışını təşkil edən rayon sakini Elçin Həsənzadə saxlayıb. Onun yaşadığı ünvandan satış məqsədi ilə qablaşdırdığı marixuana aşkarlanaraq götürülüb.

Hər iki fakt araşdırılır.