Bu günə xəbərlərin oxunma sayı: 666
—
28.11.2025 15:48
Ağdaş sakinləri Şirvan kanalının yenidən qurulması ilə bağlı kompensasiya alacaq
Ağdaş rayonunda 514 ədəd torpaq sahəsi Şirvan suvarma kanalının yenidən qurulması çərçivəsində qiymətləndiriləcək. Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi hazırlıqlara başlayıb.
Söhbət xüsusi mülkiyyətdə olan 400 və bələdiyyə mülkiyyətində olan 114 torpaq sahəsindən gedir. Tikinti altına düşən torpaq sahələrinin mülkiyyətçilərinin zərəri kompensasiya ediləcək.Bundan başqa, Ağdaşda 32 tikili və 71 496 ədəd ağac qiymətləndiriləcək.
- Baxış: 8
