Bu günə xəbərlərin oxunma sayı: 666
—
26.11.2025 15:43
Sumqayıtda ev və maşınlardan oğurluq edən şəxslər saxlanılıb
Sumqayıt şəhərində naməlum şəxslər gecə saatlarında vətəndaşların birinin evindən içərisində sənəd və bank kartları olan pul kisəsini, digər iki zərərçəkmişin avtomobillərindən isə planşet, maqnitofon və səsgücləndiricilər oğurlayıblar. Cinayət əməllərini törətməkdə şübhəli bilinən 42 yaşlı Ş.İsbatov, 21 yaşlı İ.Məlikov və 45 yaşlı E.Əvəzov saxlanılıblar. Hər üç fakt üzrə araşdırmalar aparılır.
- Baxış: 23
