Bu günə xəbərlərin oxunma sayı: 666
— 26.11.2025 14:05

Azərbaycanın baş nazirinin müavini Rusiyalı həmkarı ilə görüşüb

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Rusiya hökuməti sədrinin müavini Aleksandr Novakla görüş keçirib. Tərəflər bildiriblər ki, prezident İlham Əliyev və Vladimir Putin arasında oktyabrın 9-da Düşənbədə baş tutan görüş iki ölkə əlaqələrinin bütün sahələrdə inkişafına ciddi təkan verib. Görüşdə Azərbaycan–Rusiya iqtisadi münasibətlərinin dinamik inkişaf etdiyi vurğulanıb və mövcud imkanların əməkdaşlıq üçün geniş perspektivlər açdığı qeyd edilib. Tərəflər ticarət-iqtisadi, energetika və nəqliyyat sahələrində əməkdaşlığın gələcək istiqamətlərini müzakirə ediblər.