Bu günə xəbərlərin oxunma sayı: 666
—
26.11.2025 11:54
Rəşad Nəbiyev: Zəngəzur dəhlizinin tikintisi fəal şəkildə aparılır
İllik ötürmə qabiliyyəti 15 milyon tona qədər olan Zəngəzur dəhlizinin tikintisi fəal şəkildə aparılır. Bunu MDB-ə üzv dövlətlərinin dəmir yolu nəqliyyatı şurasının 83-cü iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. O qeyd edib ki, Ermənistanla sərhəddə yerləşən Ağbənd ərazisinə gedən dəmir yolu xəttinin sahəsi 2026-cı ildə başa çatdırılacaq. Paralel olaraq Azərbaycan Naxçıvandan keçən təxminən 200 kilometrlik dəmir yolu sahəsinin tikintisi üzərində işləyir. Hazırda bu magistralın layihələndirilməsi başa çatdırılır və yaxın zamanda tikinti işlərinə başlanılacaq.
- Baxış: 12
