Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.11.2025 15:47

Azərbaycanın axtardığı şəxs Dağıstanda tutuldu

Dağıstanın Mahaçqala şəhərində beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Şəhərrəddin Göylərov saxlanılıb. DİN-in məlumatına görə, o, Balakən RPŞ-də yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayət işi üzrə axtarılırdı. İnterpol kanalları vasitəsilə yerinin müəyyən edildiyi bildirilir. Hazırda Göylərovun aidiyyəti qurumlarla birgə Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.