Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.11.2025 13:50

Hicran Hüseynova: "Qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalmaqdadır"

Əfsuslar olsun ki, zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalmaqdadır. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib. Hicran Hüseynova dünyada hər 3 qadından 1-nin həyatının hansısa mərhələsində zorakılığa məruz qaldığını, hər 3 dəqiqədən bir isə bir qadının öldürüldüyünü bildirib. O xatırladıb ki, BMT 25 noyabrı “Qadınlara qarşı zorakılıqla mübarizə günü” elan edib və bu günün 26 ili tamam olur. Deputat qeyd edib ki, görülən tədbirlərə baxmayaraq, zorakılıq və erkən nikah halları hələ də mövcuddur. O, cəmiyyətdə təhlükə yaradan bu halların qarşısını almaq üçün daha geniş maarifləndirməyə ehtiyac olduğunu vurğulayıb.