İran vətəndaşlarından narkotik alan şəxslər tutulub
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 23 yaşlı Əkbər Alızadə və 36 yaşlı Rahib Məmmədov saxlanılıblar. Onlardan 10 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2600 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin olunan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin keçirdiyi əməliyyatla həbs olunmuş şəxs tərəfindən azadlıqda olarkən Bakı şəhəri Ələt qəsəbəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində su nasosu mühərrikinin arxasında gizlədilmiş ümumi çəkisi 181,14 qram qurudulmuş marixuana və 3 ədəd metadon həbi aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
- Baxış: 23
