Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.11.2025 15:55
Şuşada Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu keçirilib
Şuşada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu keçirilib. Tədbirdə hər iki ölkədən aparıcı analitik qurumların nümayəndələri iştirak edib. Forumda Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin möhkəmləndirilməsi, regiondakı yeni geosiyasi reallıqlar və beyin mərkəzlərinin analitik əməkdaşlığının genişləndirilməsi müzakirə olunub. Üç panel sessiyada xarici siyasət trendləri, TDT çərçivəsində inteqrasiya, nəqliyyat və enerji əməkdaşlığı, o cümlədən Zəngəzur və Orta Dəhlizin inkişafı kimi mövzulara toxunulub. Tərəflər ortaq tədqiqatların, birgə strateji hesabatların hazırlanmasının və forumların davamlı keçirilməsinin vacibliyini vurğulayıb.
- Baxış: 26
