Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.11.2025 15:53
Soyğunçuluq və narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb
Paytaxtın Binəqədi rayonunda gündüz saatlarında mağazadan 600 manatın açıq talama yolu ilə oğurlanması faktı üzrə əvvəllər də oxşar cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Faniz Səfərovu saxlayıb. Soyğunçunun pul saydığı anlar təhlükəsizlik kameralarına düşüb.
Polisin keçirdiyi digər əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 29 yaşlı Bəhruz Əliyev tutulub. Onun avtomobilindən 1 kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb. Şübhəli narkotikləri İran vətəndaşından götürdüyünü və satışa çıxarmağı planlaşdırdığını etiraf edib.
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
- Baxış: 24
