Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.11.2025 13:58
Ceyhun Bayramov İran XİN rəsmisi ilə ikitərəfli münasibətləri müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İranın XİN müavini Vahid Cəlalzadə ilə görüşüb. Tərəflər ikitərəfli əməkdaşlıq, regional vəziyyət və siyasi dialoqun əhəmiyyətini müzakirə ediblər. Liderlərin təmaslarının və son səfərlərin münasibətləri gücləndirdiyi qeyd olunub. Görüşdə iqtisadiyyat, ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə layihələrin regiondakı nəqliyyat dəhlizlərinə verdiyi töhfə vurğulanıb.
- Baxış: 32
