Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.11.2025 13:57
“Köhnə Gəncə” ərazisində təmizlik işləri aparılır
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Köhnə Gəncə” hissəsində uzun illər məişət tullantıları ilə çirklənmiş ərazidə genişmiqyaslı təmizlik işlərinə başlanılıb. Dövlət Xidmətinin məlumatına görə, qala divarları, bürclər, Comərdi Qəssab türbəsi və körpü qalıqları ətrafına atılan tullantılar abidələr üçün ciddi təhlükə yaradıb. Hazırda xüsusi texnika ilə aparılan işlərə AMEA-nın arxeoloqları da cəlb olunub ki, mədəni təbəqələrə zərər dəyməsin. Ərazidə yeni məlumat lövhələri quraşdırılıb və gələcəkdə arxeoloji tədqiqatların aparılması planlaşdırılır.
- Baxış: 36
