Bu günə xəbərlərin oxunma sayı: 666
—
21.11.2025 13:53
Azərbaycanın İslamiadada bağlanış mərasimindəki bayraqdarları bəlli olub
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları bəlli olub. Bağlanış mərasimində Azərbaycan bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma yığmasının üzvü Səbinə Kərimova daşıyacaq. Qeyd edək ki, noyabrın 4-də start götürən İslamiada bu gün başa çatacaq.
- Baxış: 19
