Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.11.2025 12:00
COP31-in ev sahibinin müəyyənləşdirilməsi ilə bağlı qərar Azərbaycana həvalə olunub
COP29 çərçivəsində və COP30-a hazırlıq dövründə ölkələr arasında qazandığı etimad sayəsində Azərbaycana COP prosesi çərçivəsində vacib missiyalar həvalə olunub. Qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya qlobal iqlim maliyyəsinin 1,3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair “Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlayaraq COP30-da təqdim edib. COP30 Sədri André do Lago Azərbaycan və Norveç nümayəndələrinə prosesə onun adından rəhbərlik etmək və dövlətlər arasında danışıqlar aparmaq mandatını verib. Azərbaycan tərəfdən bu danışıqlara Xarici İşlər Nazirliyinin müavini Yalçın Rəfiyev rəhbərlik edir. Yeri gəlmişkən, Türkiyə gələn il keçiriləcək BMT-nin iqlim sammitinə – COP31-ə ev sahibliyi edəcək.
- Baxış: 29
