Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.11.2025 11:58
Avtomobildən bahalı telefon oğurlayan şəxs saxlanılıb
Paytaxtın Binəqədi rayonunda avtomobildən 3 min manatlıq telefon oğurlayan şəxs, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 47 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb. Eləcə də Qaradağ rayonunda da analoji hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 45 yaşlı R.Məmmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 30
