Bu günə xəbərlərin oxunma sayı: 666
—
19.11.2025 17:37
200-dən çox vətəndaşın kart məlumatlarını ələ keçirən şəxs həbs edilib
Özünü kredit mütəxəssisi kimi təqdim edərək müxtəlif səhifələrdə "sərfəli şərt, az komissiya, zamin tələb olunmadan kreditlərin verilməsi" adı altında 200-dən artıq vətəndaşın pulunu ələ keçirən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı Kənan Əmirahlı saxlanılıb. O, sosial şəbəkələrdə “güzəştli kredit” elanları yerləşdirərək müraciət edən şəxslərin kart məlumatlarını və telefonlarına gələn OTP kodlarını ələ keçirib. Daha sonra mobil tətbiqlər vasitəsilə vəsaitləri başqa şəxslərin adına açdığı kartlara köçürərək mənimsəyib. Faktla bağlı cinayət işi başlanılıb.
- Baxış: 44
