Bu günə xəbərlərin oxunma sayı: 666
— 19.11.2025 15:52

Antibiotiklər elektron resept üzərindən təyin edilməlidir - Səhiyyə Nazirliyi

18-24 Noyabr Ümumdünya Antibiotikdən Düzgün İstifadə Həftəsidir. Səhiyyə Nazirliyi bildirir ki, antibiotiklərin təyini və tətbiqi qanunvericiliklə ciddi şəkildə tənzimlənir. “Dərman vasitələri haqqında” Qanuna əsasən, antibiotiklər yalnız elektron resept əsasında satıla bilər. Qeyd olunur ki, həkimlər antibiotiki yalnız tibbi göstəriş olduqda təyin edə bilər. Nazirlik antibiotiklərin düzgün istifadə edilməsinin vacibliyini vurğulayır və özbaşına qəbulun ciddi fəsadlara yol aça biləcəyini xatırladır.