Bu günə xəbərlərin oxunma sayı: 666
—
19.11.2025 15:52
DİN vətəndaşlara bank kartları ilə bağlı xəbərdarlıq etdi
Daxili İşlər Nazirliyi bank kartlarına müdaxilə hallarının artdığını bildirərək vətəndaşları daha ehtiyatlı olmağa çağırıb.
Nazirlik xəbərdarlıq edir:
Naməlum nömrələrdən gələn zənglərə cavab verməyin;
Şübhəli SMS-lərə inanmayın;
Naməlum linklərə daxil olmayın;
PIN, CVV və kart məlumatlarını heç kimlə paylaşmayın.
DİN xatırladıb ki, bank əməkdaşları heç vaxt kart məlumatları istəmir. Şübhəli hal olduqda vətəndaşların banka və polisə müraciət etməsi tövsiyə edilir.
- Baxış: 29
