Bu günə xəbərlərin oxunma sayı: 666
—
19.11.2025 13:57
Gəncədə IV Kitab Sərgisi keçiriləcək
Gəncə Dövlət Filarmoniyasının "Urban" Mərkəzində 21–23 noyabr tarixlərində IV Kitab Sərgisi təşkil olunacaq. Sərgidə ölkənin aparıcı nəşriyyatları, tanınmış yazıçılar və ictimai xadimlər iştirak edəcək, yüzlərlə yeni kitab, təqdimatlar, müəlliflə görüşlər və uşaqlar üçün maraqlı proqramlar təqdim olunacaq. Sərgi Azərbaycan Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi ilə həyata keçirilir.
- Baxış: 56
