Bu günə xəbərlərin oxunma sayı: 666
—
19.11.2025 11:56
Deputat: Azərbaycanda qadınların kiçik və orta sahibkarlıqda payı aşağıdır
Azərbaycanda qadınların kiçik və orta sahibkarlıqda payı kifayət qədər aşağıdır. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan HR İnsitutunun və Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Women's Entrepreneurship Summit 2025" tədbirində deyib. Deputat bildirib ki, hazırda ölkədə sahibkarların 33%-i qadındır. Kiçik sahibkarlıqda qadınların payı təxminən 20%, orta sahibkarlıqda isə 10%-ə yaxındır. O vurğulayıb ki, qadınların xüsusilə orta və yeni sahibkarlıq sahələrində fəal olmaları vacibdir.
- Baxış: 42
