Bu günə xəbərlərin oxunma sayı: 666
—
18.11.2025 11:52
Azərbaycanlı Rusiyada yanaraq öldü
Rusiyanın Moskva vilayətində kafedə baş verən yanğın nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər isə xəsarət alıb. Ölənlərdən birinin Azərbaycan vətəndaşı, Goranboy rayonunun Xoylu kənd sakini Elbrus Qasımov olduğu bildirilib. Uzun müddət Rusiyada yaşayan E.Qasımovun yanan kafedə olan həyat yoldaşını xilas etmək üçün özünü oda atdığı qeyd olunub. Onun xanımı ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.
- Baxış: 40
