Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.11.2025 11:52

SAF 2025-ə start verilib

Elm və təhsil nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalına start verilib. Festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edir. Yarış müxtəlif texnologiya, mühəndislik, innovasiya və incəsənət sahələrini əhatə edir.