Bu günə xəbərlərin oxunma sayı: 666
—
14.11.2025 15:55
Xankəndidə türk dövlətləri təhlükəsizlik orqanlarının iclası keçirilib
Xankəndi şəhərində türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstandan olan Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin nümayəndə heyətləri iştirak edib. DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev çıxışında bildirib ki, Uzaq Şərqdən Avropaya uzanan Orta Dəhlizin mühüm hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına bəzi destruktiv dairələr tərəfindən maneələr yaradılır və bu da həmin istiqamətdə təhlükəsizliyin etibarlı təmin edilməsini prioritet vəzifələrdən birinə çevirir.
- Baxış: 65
