Bu günə xəbərlərin oxunma sayı: 666
— 14.11.2025 15:53

Baş İdarə əməliyyat keçirib, 6 nəfər saxlanılıb, 21 kq marixuana aşkarlanıb

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə keçirdikləri əməliyyatla Abşeron, Suraxanı, Sabunçu və Xəzər rayonlarında əvvəllər məhkum olunan Araz Firidunbəyli, Arzu Hüseynov, Nahid Mənsimov, Vüsal Əliyev, Şəmistan Rəfili və Adil Ağazadəni saxlayıblar. Onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 600 ədəd metadon həbi aşkarlanıb. Saxlanılanların şəxsiyyəti istintaqla dəqiqləşdirilən İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə edib və satış məqsədi ilə əvvəlcədən təyin olunmuş nöqtələrə yerləşdirməyi planlaşdırdıqları müəyyən edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb, Əməliyyat-istintaq tədbirləri davam etdirilir.